“Tarazlığımızı və mövqelərimizi itirdik” – “İnter”in baş məşqçisi
“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının ikinci turunda “Brügge”yə 3:4 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
Sportline.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandasının oyunun gedişində tarazlığı itirdiyini bildirib. “Rəqibin ilk qoluna yaxşı reaksiya verdik və fasiləyə qədər hesabı bərabərləşdirdik. İkinci hissəyə də yaxşı başladıq, təhlükəli imkanlar yaratdıq. Ancaq sonradan tələsik oynamağa başladıq, tarazlığımızı və mövqelərimizi itirdik”, – deyə Kivu bildirib.
Baş məşqçi buraxılan qolların sayından razı olmadığını gizlətməyib. O, Çempionlar Liqasında geridönüş etməyin çətinliyini vurğulayaraq, komandanın taktiki və psixoloji baxımdan inkişaf etməli olduğunu söyləyib. Kivu məsuliyyəti öz üzərinə götürərək, bəzi oyunlarda düzgün tarazlığı tapa bilmədiyini etiraf edib.
“Bu iki oyun gözləntilərə görə bizi məyus etdi. Qarşıda hələ altı matçımız var və daha yaxşı çıxış etməyə diqqət yetirməliyik”, – deyə o əlavə edib.