Riyad Mahrezin yeni klubu bəlli oldu
Əlcəzairli ulduz futbolçu Riyad Mahrez karyerasını Qətərdə davam etdirəcək.
Sportline.az xəbər verir ki, 35 yaşlı vinger “Əl-Şamal” klubu ilə müqavilə imzalayıb. O, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan azad agent kimi ayrıldıqdan sonra yeni komandaya qoşulub.
Mahrez “Əl-Əhli”nin heyətində keçirdiyi üç il ərzində Asiya Çempionlar Liqasının Elit turnirində ardıcıl iki dəfə çempionluq yaşayıb. O, daha əvvəl “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının dörd dəfə qalibi olub və UEFA Çempionlar Liqasını qazanıb.
Əlcəzair millisində 119 oyun keçirən Mahrez 40 qola imza atıb. O, 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi də olub.