Virts “Liverpul”dan ayrıla bilər
Liverpul”un almaniyalı yarımmüdafiəçisi Florian Virtsin gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
Sportline.az xəbər verir ki, “TalkSPORT” nəşri futbolçunun İngiltərə klubunda gözləntiləri doğrultmaqda çətinlik çəkdiyini yazıb. Virts “Liverpul”a “Bayer Leverkuzen”dən 116 milyon funt-sterlinq qarşılığında keçib.
Məlumata əsasən, futbolçunun Premyer Liqaya uyğunlaşması ilə bağlı suallar yaranıb. Onun “Mançester Siti” ilə oyundakı uğursuz çıxışı da müzakirələri artırıb.
Nəşr “Bavariya”nın Virts üçün mümkün variant ola biləcəyini qeyd edib. Bununla belə, hazırda futbolçunun “Liverpul”dan ayrılması ilə bağlı rəsmi qərar yoxdur.