Haaland Messinin rekordunu geridə qoydu

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasında daha bir tarixi göstəriciyə imza atıb.

Sportline.az xəbər verir ki, norveçli futbolçu “PSJ” ilə qarşılaşmada vurduğu ilk qolla turnirdə 60-cı dəfə fərqlənib.

O, bu nəticəyə cəmi 60 oyunda çataraq Lionel Messinin əvvəlki rekordunu geridə qoyub.

Messi Çempionlar Liqasında 60 qol həddinə 80 matçda çatmışdı. Haalandın bu göstəricisi onun turnirdəki məhsuldarlığını bir daha nümayiş etdirib.