“Sözlərim bu klubun ən böyük titullar uğrunda mübarizə aparmasını nə qədər istədiyimi göstərir”
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdən geri çəkilməyib.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu komandanın heyətinə daha çox sərmayə qoyulmasının vacibliyini vurğulayıb və klubun transfer siyasəti ilə bağlı narazılığını ifadə edib. O, sonradan sosial şəbəkədə paylaşım edərək açıqlamalarının qəzəb və məyusluqdan qaynaqlandığını bildirib.
“Sözlərim bu klubun ən böyük titullar uğrunda mübarizə aparmasını nə qədər istədiyimi göstərir”, – deyə Martines qeyd edib.
Müdafiəçi məsuliyyətin ilk növbədə futbolçuların üzərinə düşdüyünü də vurğulayıb.