“Brentford mənim üçün ən yaxşı seçim idi”

“Brentford”un yarımmüdafiəçisi Mamadu Sanqare Avropanın bir sıra böyük klublarının marağına baxmayaraq İngiltərə təmsilçisini seçməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, malili futbolçu karyerasında inkişaf etməyi transfer qərarında əsas amil hesab etdiyini bildirib.

“Bir çox klub var idi. Adlarını açıqlamayacağam, çünki onlara hörmət edirəm. Mənim üçün ən vacib məsələ harada inkişaf edə biləcəyimi müəyyənləşdirmək idi. ‘Brentford’ bunun üçün ən yaxşı yer idi”, – deyə Sanqare “Sky Sports”a müsahibəsində söyləyib.

O, böyük klubdan təklif almağın mütləq həmin komandaya keçmək anlamına gəlmədiyini də vurğulayıb.

“Böyük klubun sənə maraq göstərməsi onun təklifinə mütləq razılıq verməli olduğun demək deyil. Müxtəlif məqamları nəzərə almalısan”, – yarımmüdafiəçi qeyd edib.

Sanqare məşqçinin ona xüsusi maraq göstərməsinin və inkişaf planını ətraflı izah etməsinin də qərarına təsir etdiyini bildirib.