"Barselona" Tresoldini istəyir
"Brügge"nin futbolçusu Nikolo Tresoldi klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Barselona" 22 yaşlı forvardı heyətinə qatmaq istəyir.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Tresoldinin dəyəri 35 milyon avrodur.