Mourinyo Vini haqqında danışıb
“Real”ın baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun cəza barədə məlumatlandırılmasının vaxtını tənqid edib.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçunun vacib qarşılaşmadan cəmi iki saat əvvəl cəzalandırıldığını öyrənməsini düzgün hesab etməyib.
“İspaniya klubunun futbolçusunun İspaniya futbolu üçün vacib oyuna iki saat qalmış dörd oyunluq cəza aldığını öyrənməsi normaldırmı? Bu, normal deyil”, – deyə Mourinyo bildirib.
O, qərardan komandanın avtobusda, stadiona yaxınlaşarkən xəbər tutduqlarını söyləyib.
Mütəxəssis belə bir addımın futbolçuya hörmətsizlik olduğunu vurğulayıb. Mourinyo həmçinin Vinisiusun qarşılaşmanın əvvəlində yaşadığı çətinliklərə görə onu günahlandırmayıb və rəqib baş məşqçinin taktiki planının da rol oynadığını qeyd edib.