Sanço karyerasını İspaniyada davam etdirə blər
“Mançester Yunayted”dən ayrıldıqdan sonra klubsuz qalan Ceydon Sanço karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Xetafe”nin prezidenti Anxel Torres ingiltərəli futbolçu ilə danışıqlar apardıqlarını təsdiqləyib. Klubun baş məşqçisi Xose Bordalas da 26 yaşlı cinah oyunçusunun transferində maraqlıdır.
Torres Sançonun komandaya qoşulmasını istədiklərini bildirsə də, maliyyə məsələlərinin həll olunmalı olduğunu vurğulayıb. Tərəflər arasında razılığın əldə olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.