“Futbola əvvəlki qədər maraq göstərmirəm”

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt klub futboluna qayıtmaq ehtimalı barədə danışıb.

Sportline.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Premyer Liqada yenidən baş məşqçi işləməyə xüsusi maraq göstərmədiyini açıqlayıb.

Sautqeyt bildirib ki, İngiltərə millisindəki fəaliyyətinin son dövrlərində futboldan əvvəlki qədər zövq almırdı. O, məşqçilikdən ayrıldıqdan sonra həyatında fərqli istiqamətlərə yönəldiyini və yeni təcrübələr qazandığını söyləyib.

Mütəxəssis hətta uşaqlıqdan azarkeşlik etdiyi “Kristal Pelas”ın İngiltərə kubokunu qazandığı matçdan sonra stadionda futbol izləmədiyini də qeyd edib.

Qeyd edək ki, Sautqeyt 2024-cü ildə İngiltərə millisindən ayrılıb.