"İnter"in ulduzu zədələnib

“İnter”in hücumçusu Lautaro Martines zədələnib.

Sportline.az xəbər verir ki, Milan təmsilçisinin rəsmi məlumatına görə, argentinalı futbolçunun sol budunun arxa əzələsində zədələnmə aşkarlanıb. O, “Club Brugge” ilə Çempionlar Liqası matçında aldığı zədəyə görə bir müddət komandasına kömək edə bilməyəcək.

İtaliya mətbuatının məlumatına əsasən, 29 yaşlı hücumçunun noyabrda keçiriləcək milli fasiləyədək meydana qayıtması gözlənilmir. Bu müddətdə “İnter” həm A Seriyasında, həm də Çempionlar Liqasında vacib oyunlara çıxacaq.