PSJ "Barselona"nın futbolçusuna elçi düşdü

PSJ “Barselona”nın müdafiəçisi Erik Qarsiyanı transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, Paris klubu 2027-ci ilin yayında ispan futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. PSJ-nin baş məşqçisi Luis Enrike müdafiənin mərkəzində və sağ cinahında oynaya bilən futbolçu axtarır.

Erik Qarsiyanın bu mövqelərdə çıxış etmək bacarığı onu Fransa təmsilçisi üçün cəlbedici namizədə çevirir.

Hələlik rəsmi təklifin göndərildiyi və ya klublar arasında razılıq əldə olunduğu təsdiqlənməyib.