Anis Hac Musa İngiltərədə çıxış edə bilər
Niderlandın “Feyenoord” klubunda çıxış edən Anis Hac Musa İngiltərə Premyer Liqasının diqqətini cəlb edib.
Sportline.az xəbər verir ki, “Brayton”, “Nyukasl” və “Aston Villa” əlcəzairli cinah oyunçusunun çıxışlarını izləyir. 24 yaşlı futbolçu cari mövsümdə klub səviyyəsində keçirdiyi doqquz oyunda altı qol vurub və iki məhsuldar ötürmə verib.
Onun həm ölkə çempionatında, həm də Avropa arenasında göstərdiyi performans marağı artırıb.
Bununla belə, klublardan heç birinin rəsmi təklif göndərdiyi barədə məlumat yoxdur.