“O, yaxşı oğlandır, amma karyerasını bitirməlidir”
“Liverpul”un əfsanəsi Keni Dalqliş Şotlandiya millisindəki oyun sayına görə rekordunu yeniləməyə yaxın olan Endi Robertson barədə maraqlı açıqlama verib.
Sportline.az xəbər verir ki, sabiq futbolçu Robertsonun milli komandada daha çox oyun keçirməsinə etiraz etmədiyini, lakin ona zarafatla karyerasını bitirməyi məsləhət gördüyünü bildirib.
“O, yaxşı oğlandır və rekordumu qırmasının mənim üçün heç bir problemi yoxdur. Amma düşünürəm ki, o, karyerasını bitirməlidir. Bunu özünə də demişəm”, – deyə Dalqliş söyləyib.
Qeyd edək ki, Dalqliş Şotlandiya millisində 102 oyun keçirib. “Tottenhem”in müdafiəçisi Robertson isə bu göstəriciyə yaxınlaşıb və noyabrda keçiriləcək matçlarda rekordu yeniləyə bilər.