Essyen Azərbaycanda qala bilər

Mövsümün sonunda “Səbail”lə müqaviləsi başa çatacaq Maykl Essyen paytaxt klubunda qala bilər.

Sportline.az futaa.com-a istinadən xəbər verir ki,  37 yaşlı yarımmüdafiəçi karyerasını başa vurub, klubda məşqçiliyə davam etmək fikrindədir.

Qanalı futbolçu "Səbail"də futbol oynamaqla yanaşı, U-19 komandasında məşqçilik edir.

“Çelsi”, “Real”, “Milan” kimi klublarda oynamış ulduz futbolçu ötən mövsümün qış fasiləsində "Səbail"lə müqavilə bağlamışdı.