"Fənərbağça"-"Anadolu Efes" görüşünün keçiriləcəyi tarix bəlli olub

Türkiyə Cumhurbaşqanlığı kubokunda "Fənərbağça" ilə "Anadolu Efes" qarşılaşacaq.

Sportline.az Türkiyə Basketbol Federasiyasına istinadla xəbər verir ki, görüş sentyabrın 29-da saat 19:00-da keçiriləcək.

Bu il 37-ci dəfə təşkil olunacaq Cumhurbaşqanlığı kuboku Trt Spor ekranlarından canlı yayımlanacaq.

Bu titulu ən çox qazanan komanda "Anadolu Efes"dir.(13). "Fənərbağça" isə 7 dəfə kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, "Fənərbağça" ötən mövsüm Türkiyə Liqasını və Türkiyə kubokunu qazanıb. "Anadolu Efes" hər 2 yarışda ikinci yeri tutub.