"Fənərbağça" dördlər finalı üçün çətin "Monako" səfərində

Basketbol üzrə Avroliqada bu gün "Final Four"un sonuncu 2 iştirakçısı məlum olacaq.

Sportline.az xəbər verir ki, "Fənərbağça" seriyanın 5-ci oyununda səfərdə "Monako" ilə qarşılaşacaq.

4 görüşdən sonra seriyada hesab bərabərdir.2-2

"Salle Gaston Medecin" arenasında baş tutacaq oyun saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu gün oynanılacaq 1/4 final mərhələsinin 5-ci və son matçında qalib gələn komanda 24-26 may tarixlərində Almaniyanın paytaxtı Berlində keçiriləcək Dördlər Finalına adını yazdıracaq.