"Fənərbağça" meksikalı futbolçunu heyətinə qatmağa yaxındır

"Fənərbağça" Mourinyonun alınmasını istədiyi Meksikalı müdafiəyə meyilli yarımmüdafiəçi Edson Alvarez üçün klubu "Vest Hem Yunayted" ilə görüşmələrə başlayıb.

Sportline.az xəbər verir ki, London klubu futbolçunun gedişinə icazə verəcək.

Alvarezin özüdə "Fənərbağça"da çıxış etməyə müsbət yanaşır.

Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.