"Fənərbağça" məsələni Fransaya saxladı
Basketbol üzrə Avroliqada "Fənərbağça" seriyanın 4-cü oyununda "Monako"nu qəbul edib.
Sportline.az xəbər verir ki, "Ülker Sports Arena"da keçirilən oyun 65-62 hesabı ilə Fransa təmsilçisinin xeyrinə yekunlaşıb və seriyadakı ümumi hesab bərabərləşib.2-2. Görüşün ən məhsuldar oyunçusu 14 xal, 2 ribaund, 1 asistlə "Fənərbağça"dan Marko Guduriç olub.
Tərəflər arasındakı 5-ci oyun mayın 8-də Monakoda baş tutacaq və bu oyunda qalib gələn komanda adını "Final Four"a yazdıracaq.
Qeyd edək ki, 1/4 finaldan "Final Four"a yüksələn ilk komanda "Baskoniya"nı 3-0 hesabı ilə məğlub edən "Real Madrid"dir.