"Fənərbağça" onlarla vidalaşır

"Fənərbağça"dan bu yay göndəriləcək futbolçuların siyahısı müəyyənləşib.

Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki,  İstanbul klubunun yeni baş məşqçisi Emre Belözoğlunun "qara siyahısı"nda 8 oyunçu yer alıb. Bunlar Harun Tekin, Papiss Sisse, Maurisio Lemos, Ademi, Frey, Zanka, Tisserand və Zayçdır.

Qeyd edək ki, "Fənərbağça" hazırda Türkiyə Superliqasında 66 xalla 2-ci pillədə qərarlaşıb.