"Fənərbağça" serb qapıçının transferinə hazırlaşır
"Fənərbağça" yeni qapıçı axtarıçına çıxıb.
Sportline.az xəbər verir ki, istanbullular gedişi gündəmdə olan Livakoviçə əvəzləyicini İtaliyada tapıb.
Söhbət İvan Milinkoviç-Saviçdən gedir.
Klub, son mövsümü "Torino"da keirən serbiyalının transferi üçün hərəkətə keçib.
2.02 metr boyu olan qolkiperin keçidi ilə bağlı klublar arasında danışıqların başlanıldığı bildirilir.
Qeyd edək ki, onun transfer dəyəri 16 milyon avrodur.