"Fənərbağça" serbiyalı oyunçunu heyətinə qatıb

"Fənərbağça" basketbol komandası 9 ildir NBA-da çıxış edən Boban Maryanoviçi rənglərinə qatıb.

Sportline.az xəbər verir ki, İstanbul klubu ilə 36 yaşlı basketbolçu arasında 1 illik müqavilə imzalanıb.

Son olaraq "Hyuston Rokets"də çıxış edən Maryanoviç ötən mövsüm 3.2 xal, 2.3 ribaund və 0.4 asist ortalaması ilə oynayıb.

Qeyd edək ki, təcrübəli basketbolçu daha əvvəl Avropada ÇSKA, "Jalqiris Kaunas" və "Srvena Zvezda"nın formasını geyinib.O, 2015-ci ildə Avroliqada mövsümün ilk 5-liyinə seçilib.