"Fənərbağça" və "Beşiktaş" ilk oyundan qalib ayrılıblar

Türkiyə Basketbol Liqasında pley-off mərhələsi dünən keçirilən 2 oyunla davam edib.

Sportline.az xəbər verir ki, günün ilk oyununda "Fənərbağça" "Petkimspor"u sınağa çəkib.Görüş sarı-lacivərtlilərin 102-72 hesablı qələbəsi ilə yekunlaşıb.Ən məhsuldar oyunçu 16 xal, 7 ribaund, 4 asistlə Naygel Hayes olub.Seriyada hesab "Fənərbağça"nın xeyrinədir.1-0.

Digər görüşdə "Beşiktaş" doğma arenada "Manisa" ilə münasibətlərə aydınlıq gətirib.Hər 4 periodu qələbə ilə başa vuran qara qartallar matçdan rahat bir qalibiyyətlə ayrılıblar.92-74.Ən yaxşı basketbolçu 23 xal, 3 ribaund, 3 asistlə Derek Nidham olub.Burada da "Beşiktaş" seriyada üstünlüyü ələ keçirib.1-0.

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunları mayın 18-də olacaq.