"Fənərbağça"da yeni oyunçu
“Fənərbağça Beko” bu yay heyətinə qatdığı xorvatiyalı Luka Samaniçlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, İstanbul klubu əvəzində Xem Birçini heyətinə qatıb.
Bir müddət “Uşaq Sportif” forması ilə Türkiyədə çıxış edən təcrübəli oyunçu, uzun NBA macərasından sonra keçən mövsüm Avropaya qayıdaraq İspaniyanın “Jirona” klubunda çıxış edirdi.
Qeyd edək ki, ötən mövsüm İspaniya Liqasında ümumilikdə 12 matça çıxan təcrübəli mərkəz oyunçusu orta hesabla 8,8 xal və 5,6 ribaunda imza atıb.