"Fənərbağça"dan yeni həmlə
"Fənərbağça" "Salzburq"un afrikalı futbolçusu Dorqeles Nene transfer etmək üçün hərəkətə keçib.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, İstanbul klubu oyunçunun meneceri ilə bu həftə görüşəcək.
22 yaşlı sol cinah vingerinin dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, karyerası ərzində 166 matçda çıxan futbolçu 47 qol 31 asistlə yadda qalıb.