"Fənərbağça"nın futbolçusu Bundesliqa klubuna keçdi

Türkiyənin "Fenerbağça" klubunun futbolçusu Ömer Faruk Beyaz karyerasını Almaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Ştutqart" klubu ilə anlaşıb.

Beyaz yeni klubu ilə 5 illik müqavilə imzalayıb. O, mövsümün sonunda Bundesliqa təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, "Fənərbağça"nin yetirməsi olan Ömer Faruk Beyaz 2020-ci ildən əsas komandadadır.