"Fənərbağça"nın futbolçusu Rusiya klubunda
"Fənərbağça" ilə yolları ayrılan Adil Rami karyerasını Rusiyada davam etdirəcək.
Sportline.az sports.ru saytına istinadən xəbər verir ki, fransalı dünya çempionu Premyer Liqa təmsilçisi "Soçi" ilə anlaşıb.
Bu xəbəri müdafiəçinin agenti də təsdiqləyib.
Qeyd edək ki, "Fənərbağça" ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozan Adil Rami istanbulluların heyətində cəmi 7 oyuna çıxmışdı.