"Fənərbağça"nın üzərindən qara buludlar çəkilmir

Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Trabzonspor" evdə "Fənərbağça"ya 2:1 hesabı ilə qalib gəlib.

Cütün cavab görüşü aprelin 21-də keçiriləcək.

"Trabzonspor" - "Fənərbağça" - 2:1

Qollar: Aleksander Sörlott, 46, Filip Novak, 66 - Vedat Muriqi, 82