Fərhad Hüseynovun növbəti uğuru
Niderlandın Hoogeveen şəhərində 100 xanalı dama üzrə beynəlxalq turnir başa çatıb.
Sportline.az xəbər verir ki, mötəbər yarışda ölkəmizi dəfələrlə Azərbaycan cempionu, beynəlxalq turnirlərin mükafatcısı, beynəlxalq usta Fərhad Hüseynov təmsil edib.
O, 119 damaçının İsveçrə sistemi üzrə mübarizə apardığı yarışda 8 turdan 13 xal toplayaraq, 1-ci - 2-ci yeri bölüşüb və yalnız əlavə əmsallara görə gümüş medala layiq görülüb.
Qeyd edək ki, Fərhad Hüseynov bu yarışı məğlubiyyətsiz başa vurub.