"Feyenoord" daha bir il "Dik duracaq"

“Feyenoord” baş məşqçisi Dik Advokatla müqaviləni yeniləyib.

Sportline.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. 72 yaşlı mütəxəssisin sözləşməsi 2021-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Advokat 2019-cu ilin oktyabr ayından “Feyenoord”u çalışdırır. Onun komandası Erdiviziyada 25 turdan sonra 50 xalla 3-cü yerdə qərarlaşıb.