FİFA İlin ən gözəl üç qolunu açıqladı
FİFA "İlin ən gözəl qolu" nominasiyasına namizədlərin yekun siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, siyahıda üç futbolçu yer alıb. Bunlar braziliyalı Marlon, venesuelalı Danyuşka Rodriges və malayziyalı Mohd Faiz Subridir. Azarkeşlərin FİFA-nın rəsmi saytındakı səsverməsi nəticəsində onlar arasında ən yaxşı qol müəllifi bəlli olacaq.
Qeyd edək ki, mükafatçıların adları 2017-ci il yanvarın 9-da açıqlanacaq.