FİFA prezidentliyinə 5 namizəd
FİFA prezidentliyinə namizədlərin yekun siyahısı bəlli olub. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, siyahıda beş namizədin adı yer alıb.
Bunlar Şahzadə Əli bin əl Husseyn, Jerom Şampan, Şeyx Salman bin İbrahim əl Xəlifə, Tokyo Seksveyl və Canni İnfantinodur.
Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər fevralın 26-da, İsveçrənin Sürix şəhərində keçiriləcək.