FİFA referimiz beynəlxalq turnirdə

Azərbaycanın qadın futbol hakimləri beynəlxalq turnirə dəvət olunublar.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyevaya Gürcüstan Futbol Federasiyasından dəvət gəlib.

Onlar 19 yaşadək qızlardan ibarət milli komandalar arasında beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21 - 26 apreldə keçiriləcək.