FİFA yeni qərar qəbul edə bilər

FİFA-nın rəhbərliyi Klublararası Dünya Çempionatının formatını yenidən dəyişmək imkanını nəzərdən keçirir.

Sportline.az xəbər verir ki, FİFA 2029-cu ildən başlayaraq yarışın iki ildən bir keçirilməsini və iştirakçıların sayının 32-dən 48 komandaya artırmağı düşünür.

Bu haqda "The Guardian" nəşri məlumat yayıb.

Yarışa bir ölkədən 2-dən çox klubun qatılmasına icazə verilməsi də müzakirə olunur.