"Final Four"un ikinci komandası müəyyənləşdi

Basketbol üzrə Avroliqada "Final Four"a yüksələn ikinci komanda bilindi.

Sportline.az xəbər verir ki, seriyanın 5-ci oyununda "Makkabi Tel Aviv"lə qarşılaşan "Panatinaikos" rəqibini 81-72 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.(Ümumi hesab 3-2).

Matçın ən məhsuldar oyunçusu 26 xal, 5 ribaund, 4 asistlə Kendrik Nan olub.

Qeyd edək ki, "Final Four"a yüksələn ilk komanda Real Madrid olmuşdu.