Finalın vaxtı dəyişdirildi

Türkiyə kuboku turnirinin 2019/20 mövsümünün final matçının  vaxtı və yeri açıqlanıb.

Sportline.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyun Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Görüşün vaxtı dəyişdirilib. Mayın 21-nə nəzərdə tutulan final oyunu həmin ayın 5-nə təyin olunub.

Qeyd edək ki, kubokun yarımfinalında "Fənərbaxça" "Trabzonspor"la, "Antalyaspor" isə "Alanyaspor"la qarşılaşacaq. Görüşlər martın 3-də və aprelin 21-də olacaq.