Fırıldağının üstü açılan futbolçu həbs olundu

Çinin "Quançjou Everqrand" klubu futbolçu Yuy Han Çao ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, buna polisin 33 yaşlı yarımmüdafiəçini avtomobilindəki nömrə işarəsini dəyişməyə cəhd edərkən yaxalaması səbəb olub. 

Onun klubun intizam qaydasını ciddi pozduğu açıqlanıb.

Təcrübəli oyunçu 15 gün müddətinə azadlıqdan məhrumetmə, 700 dollar və 12 bal cəriməyə məruz qalıb. 

O, yol hərəkətindəki məhdudiyyətlərdən qaçmaq üçün maşınının nömrəsindəki "E" hərfini "F"lə dəyişməyə çalışıb. Hazırda Quançjouda nəqliyyat vasitələrinin yalnız ardıcıl 4 gün sürülməsinə icazə verilib. Növbəti 4 gün isə sürücülər maşınlarından yararlanmamalıdırlar.

Qeyd edək ki, Yuy Han Çao "Quançjou Everqrand"da 2014-cü ildən forma geyinirdi. O, 2009-cu ildən cəlb olunduğu Çin millisində 59 oyuna 9 qol vurub.