Frank Riberi qayıdır

“Fiorentina”nın fransalı ulduzu Frank Riberinin zədəsi sağalıb.

Sportline.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusu şans verəcəyi halda, 36 yaşlı futbolçu qarşıdakı oyunlarda meydana çıxa biləcək.

Xatırladaq ki, o, A Seriyasının 14-cü turunun “Leççe”yə 0:1 hesabı ilə uduzduqları oyunda ayaq biləyindən ağır zədə almışdı.