Fransa çempionatı nə vaxt başlayır?

Fransa Liqası rəhbərliyinin bu mövsümün bərpası ilə bağlı planları müəyyənləşib.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, liqa rəhbərliyi mövsümü iyunun 17-i yenidən başlamaq və iyulun 25-i tamamlamaq istəyir.

2020/2021 mövsümünə avqustun 22-i başlamaq hesablanır.

Bu planların rəsmiləşməsi üçün karantinlə bağlı yeni qərarın gözlənildiyi bildirilib.

Qeyd edək ki, martın 10-dan təxirə salınan Fransa Liqasında mövsümün başa çatmasına 10 tur qalıb.