Fransa çempionatının başlanma vaxtı

Fransa çempionatı avqust ayından əvvəl bərpa olunmayacaq. 

Sportline.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, ölkənin əsas futbol yarışı sayılan Liqa 1-in avqusta qədər bərpası gözlənilmir.

Fransada martın 17-dən mayın 11-dək vətəndaşlara hərəkət məhdudiyyəti qoyulub. Bildirilir ki, baş nazir Eduar Filipp mayın 11-də ölkədə futbol fəaliyyətinin bərpasına imkan verməyəcək. 

Qeyd edək ki, Fransa çempionatı 28 turdan sonra koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınıb.