Fransa da azarkeş qadağasına hazırlaşır

Futbol üzrə Fransa çempionatı koronavirusun yayılmasının qarşısını almaq məqsədilə azarkeşsiz keçirlə bilər.

Sportline.az xəbər verir ki, bu barədə Fransanın İdman naziri Roksana Marasinyanyu danışıb. Qərara əsasən, ölkə çempionatında 15 aprel tarixinədək bütün oyunlar azarkeşsiz və ya maksimum 1000 azarkeşlə keçirilə bilər.

Nazir açıqlamasında bunları deyib: "Stadionda ən çox 1000 nəfər azarkeş olmasına diqqət edilməlidir. Klublar ya  yalnız 1000 bilet satmaq qərarına almalı, ya  komandalar azarkeşsiz oynamaq şərtini qəbul etməli, ya da mümkünsə, matçları təxirə salmalıdırlar".