Fransa klubunda yeni müqavilə

"Monako" futbolçusu Aleksandr Qolovinlə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Rusiya millisinin yarımmüdafiəçisi ilə 4 illik saziş bağlanılıb.

23 yaşlı oyunçu 2018-ci ildən Knyazlıq klubunda forma geyinir. Qolovin bu müddətdə 65 oyunda 7 qol vurub, 8 assist edib.