Fransalı ulduz arzusunu açıqladı

“Real”ın forvardı Kərim Benzema karyerasını vətənində bitirmək niyyətindədir. 

Sportline.az xəbər verir ki, o, vaxtilə parladığı “Lion”da oynamağın əleyhinə deyil: “Yenidən ora qayıtmaq üçün indi münasib zaman deyil. Mən dünyanın ən yaxşı klubu “Real”da bundan sonra da tarix yazmaq istəyirəm. Sonra necə olacağını heç kim bilmir. Yəqin ki, karyeramı “Lion”da bitirəcəyəm. Niyə də olmasın ki?”

Qeyd edək ki, Benzema 2009-cu ildə “Lion”dan “Real”a transfer olunub.