Fülkruq azarkeşin əlini sındırıb
Almaniya millisinin hücumçusu Niklas Fülkruq məşq zamanı azarkeşin əlini sındırıb.
Sportline.az xəbər verir ki, hadisə komandanın Şotlandiya ilə açılış matçından əvvəl yaşanıb.
"Sky Sport Germany"nin məlumatına görə, penalti məşqi zamanı Fülkqruqun zərbələrindən biri qapıya yaxın oturacaqda əyləşən azarkeşə tuş gəlib.
Zərbəni dəf etməyə çalışan fanat nəticədə açılış oyununu xəstəxanadan izləməli olub.
Onun cərrahiyyə əməliyyatına məruq qaldıığı bildirilir.
Xatırladaq ki, Almaniyanın 5-1 hesabı ilə qalib gəldiyi oyunda vurulan qollardan birinin müəllifi Fülkruq idi.