Futbol camiəsi hələ belə xəbər eşitməmişdi

Səudiyyə Ərəbistanı qadınları da futbol oynamaq imkanı qazanacaqlar.

Sportline.az  xəbər verir ki, radikal şəriət qanunları ilə idarə olunan ölkədə qadın futbol liqası yaradılır.

İlk mövsüm Ciddə, Ər-Riyad və Dəmmam şəhərlərində komandalar təşkil olunacaq.

Qeyd edək ki, 2018-ci ilə qədər bu ölkədə qadınların stadionlara girişi qadağan olsa da, şahzadə Məhəmməd ibn Salmanın bu qərarı  ləğv edib.