Futbol daha bir ölkəyə qayıdır

Portuqaliyada futbol mövsümü bərpa olunacaq.

Sportline.az xəbər verir ki, bunu, ölkənin baş naziri Antoniu Koştu açıqlayıb. 

O, gələn həftədən açıq havada fərdi idman növləri ilə məşğul olmağa icazə veriləcəyini və futbol çempionatlarının bərpasının mayın sonlarında mümkünlüyünü bildirib.

Koşta deyib ki, ilk matçların 30-31 mayda keçirilməsi nəzərdə tutulub. O, bütün görüşlərin azarkeşsiz təşkil olunacağını əlavə edib.

Qərar baş nazir və Portuqaliya Futbol Federasiyası rəhbərliyi arasındakı görüş zamanı qəbul olunub.

24 turdan sonra "Portu" 60 xalla liderdir. "Benfika" isə 59 xalla ikincidir.

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb. Çempionlar Liqası və Avropa Liqasının oyunları isə qeyri-müəyyən müddətə təxirə salınıb.