Futbol klubunun təyyarə qəzasına uğradığı an
Xəbər verdiyimiz kimi Braziliyanın “”Şapekoense” komandası faciəylə üzləşib. Sudamerikano kubokunun ilk final matçı üçün Kolumbiyanın Medellin şəhərinə uçan komanda üzvləri təyyarə qəzasına uğrayıblar. İlkin məlumatlara əsasən, təyyarə yanacağın azlığı üzündən hava limanına düzgün eniş edə bilməyib. Göyərtədə olan 72 sərnişin və 9 ekipaj üzvündən isə, yalnız 5 nəfər sağ qalıb. Xilas edilənlər arasında müdafiəçi Alan Ruşellə qapıçı Danilo da var. Həlak olanlardan ikisi vaxtilə Azərbaycan çempionatında oynayıb. Söhbət İnterin və Xəzər Lənkəranın sabiq futbolçuları Filipe Maşado və Tyeqo Vilyandan gedir. Qeyd edək ki, “Şapekoense” sabah Kolumbiyanın “Atletiko Nasional” komandası ilə qarşılaşmalı idi. SportLine.az qəza anının videosunu təqdim edir.