Futbol tarixinin ən yaxşı məşqçiləri

"FourFourTwo" jurnalı futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb.
 
Sportline.az xəbər verir ki, siyahıya "Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Ser Aleks Ferqyuson başçılıq edir. Hollandiyalı Rinus Mihels yalnız şotlandiyalı məşqçidən geri qalıb. Yohan Kroyf isə üçüncü olub.
 
"FourFourTwo" jurnalının versiyasına görə, futbol tarixinin ən yaxşı məşqçiləri, "ilk onluq":
 
1. Aleks Ferqyuson ("Aberdin", Şotlandiya millisi, "Mançester Yunayted");
 
2. Rinus Mihels ("Ayaks", "Barselona", Niderland millisi, "Köln", "Bayer);
 
3. Yohan Kroyff ("Ayaks", "Barselona");
 
4. Bill Şenkli ("Liverpul");
 
5. Pep Quardiola ("Barselona", "Bavariya", "Mançester Siti");
 
6. Arriqo Sakki ("Parma", "Milan", İtaliya millisi, "Atletiko");
 
7. Mett Basbi ("Mançester Yunayted", Şotlandiya millisi);
 
8. Elenio Errera ("Atletiko", "Sevilya", "Barselona", İspaniya millisi, "İnter", İtaliya millisi, "Roma");
 
9. Ernst Happel ("Den Haqq", "Feyenoord", "Sevilya", "Brüqqe", Niderland millisi, "Standard", "Hamburq", Avstriya millisi);
 
10. Valeri Lobanovski ("Dnepr", Kiyev "Dinamo"su, SSRİ millisi, Ukrayna millisi).