Futbolçumuz Türkiyə klubunda
Milli komandanın futbolçusu Ayşən Əhmədova karyerasını Türkiyənin "Amedspor" klubunda davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi 2025/2026 mövsümünü bu komandada keçirəcək.
Qeyd edək ki, Ayşən Əhmədova daha əvvəl Türkiyənin "Ünye Gücü" klubunun formasını geyinib.