Futbolçumuzun koronavirus testinin cavabı bəlli oldu

Ukrayna milli komandasının sabiq futbolçusu Aleksandr Əliyev koronavirus testindən keçib.

Sportline.az xəbər verir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçinin testi mənfi nəticə verib. Əliyev müvafiq sənədi şəxsi "Instagram"ında paylaşaraq, "Oxuyun və dilinizi içəridə saxlayın. Görməyəcəksiniz!" yazıb.

Qeyd edək ki, Aleksandr Əliyev daha öncə koronavirusla bağlı xəbərləri "feyk" adlandırıb. O, küçələrə maskasız çıxaraq, insanlarla ünsiyyətdə olub.